Yəmənin Ənsarullah Hərəkatı sionist İsrailin "Zülfiqar" ballistik raketi ilə Ben Qurion hava limanına hücum etdiyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatı sionist İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion hava limanına ballistik raket hücumu həyata keçirdiklərini açıqlayıb. Ənsarullah Hərəkatının Hərbi Sözçüsü Yəhya Səri video açıqlamada hədəfin “Zülfiqar” raketi ilə vurulduğunu və əməliyyatın “uğurla tamamlandığını” bildirib.
Səri ABŞ-ın Yəmənə hücumlarının Fələstin xalqına dəstək əməliyyatlarının qarşısını ala bilmədiklərini vurğulayıb.