Yəmənin Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik Bədrəddin əl-Husi Qəzza zolağına yardımların çatdırılması üçün müəyyən edilmiş son tarixi vurğulayaraq bildirib ki, sionist rejim bu yardımın çatdırılmasının qarşısını almağa davam edərsə, Yəmən silahlı qüvvələri bu rejimə qarşı əməliyyatlarına yenidən başlayacaq.
Az.rasthaber.com xəbər verir ki, Seyid Əbdülməlik əl-Husi bu açıqlama ilə çıxış edib: “Biz humanitar yardımın Qəzza zolağına çatması üçün təyin olunmuş 4 günlük müddətlə bağlı mövqeyimizdə israrlıyıq. “Yəmən silahlı qüvvələri sionist rejimə qarşı əməliyyatları bərpa etməyə tam hazırdır”.
Ənsarullah lideri üç gün əvvəl verdiyi açıqlamada deyib: “Həmas hərəkatındakı qardaşlarımız öz öhdəliklərinə sadiq qaldılar, lakin düşmən öz öhdəliklərinə əməl etmədi.
Düşmən hücumlarını gücləndirdiyinə, yardımların Qəzzəyə çatmasının qarşısını almasına, bölgə xalqını aclığa məhkum etmək siyasətinə qayıtmasına səssiz qala bilmərik.
Dörd günlük müddət veririk və əgər düşmən yardımın Qəzzaya çatmasının qarşısını almağa davam edərsə, onlara qarşı dəniz əməliyyatımızı yenidən başlayacağıq”.