Ənsarullah Hərəkatı Putinin nümayəndəsi ilə görüşüb

Ənsarullah Hərəkatı Putinin nümayəndəsi ilə görüşüb

Yəmən Ənsarullah Hərəkatı Rusiya ilə əlaqə saxlayıb və bölgədəki hadisələri müzakirə edib. Görüşdə Qəzzaya hücumların dayandırılması üçün görüləcək işlər və Amerika-İngiltərənin Yəmənə hücumları müzakirə edilib.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüsselam Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanovla görüşüb.

Əbdüsselam verdiyi yazılı açıqlamada, görüş zamanı İsrailin 7 oktyabrda Qəzzaya başlatdığı hücumları və Amerika-İngiltərənin Yəmənə qarşı hücumlarını dayandırmaq üçün nələrin edilməsi lazım olduğunu müzakirə etdiklərini bildirib.

Abdusselam, həmçinin Ənsarullahın "Qırmızı dənizdəki əməliyyatları" haqqında Boqdanovu məlumatlandıraraq, bunun beynəlxalq naviqasiya üçün təhlükə və ya kimisə hədəfə alma demək olmadığını, bunun Fələstin xalqına dəstək vermək və ABŞ və İngiltərədəki hücumlarına cavab olaraq həyata keçirildiyini söylədi. 

Bu yaxınlarda rusiyalı strateq Duqin Telegram kanalında verdiyi açıqlamada deyib: “Rusiyanın Hizbullah və Husilərə ciddi silahlar verməyə başlamasının vaxtı çoxdan çatıb”.

Xəbəri paylaş

VİDEOLAR