Ənsarullah Həmas liderinə başsağlığı verib

Ənsarullah Həmas liderinə başsağlığı verib

Ənsarullah Həmas liderinə başsağlığı verib.

Az.rasthaber.com xəbər verir ki, Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüsselam HƏMAS lideri İsmayıl Haniyənin 3 oğlu və 4 nəvəsinin sionist rejimin həyata keçirdiyi hücumda şəhid olması ilə bağlı verdiyi açıqlamada deyib:

"Sionist İsrail rejiminin hücumu nəticəsində HƏMAS Siyasi Bürosunun Rəhbərinin üç oğlu və nəvəsinin şəhid olması ilə bağlı başsağlığı veririk.

İsmail Haniyənin ailəsinin hədəfə alınması İsrail rejiminin meydandakı uğursuzluğunun miqyasını ortaya qoyur”.

Digər tərəfdən, Nücəbə İslami Müqavimət Hərəkatının baş katibi Şeyx Əkrəm əl-Kəabi İsmayıl Haniyəyə başsağlığı verərək deyib:

"Bu, sizin dünya qarşısında şərəf nişanınızdır və Seyid Həsən Nəsrullah bizim üçün də, sizin üçün də nümunə olacaq.".

Xəbəri paylaş

VİDEOLAR