Ənsarullah: Fələstin Ümmətin həqiqi kompasıdır

Ənsarullah: Fələstin Ümmətin həqiqi kompasıdır

Yəmənin Ənsarullah hərəkatının siyasi şöbəsi bəyanatı yayıb

Rasthaber Azərbaycan "Al Masirah"a istinadən xəbər verir ki, Yəmənin Ənsarullah hərəkatının siyasi şöbəsi, İsrailin işğal altındakı Qüds və Məscidül Əqsada ibadət edənlərə qarşı bütün hücumları qınayıb.

"Ənsarullah" hərəkatının açıqlamasında Yəmənin Fələstin xalqına verməsi vurğulanaraq "Sionist rejimin Ramazan ayı boyunca və son günlərdə çox sayda fələstinlinin yaralanıb həbs edilməsilə nəticələnən cinayət və hücumlarını sərt şəkildə qınayırıq.", -deyə bildirilib.

Bəyanatda sonra deyilir: "Yəmənlilər sionistlərin cinayət və hücumlarına qarşı gələn mücahidlərin və müqavimət hərəkatlarının döyüşçülərinin yanındadır."

Yəmən "Ənsarullah" hərəkatının yaydığı bəyanatın sonunda "Sionistlər bilməlidirlər ki, biz vahid ümmətik və tək bir duruşumuz var. Fələstin və Qüds, İslam Ümməti üçün bir prioritetdir, Ərəb ilə İslam Ümmətinin həqiqi kompasıdır.", -deyə qeyd olunur.

Xəbəri paylaş

VİDEOLAR