Yəmənin Ənsarullah Hərəkatının lideri Əbdülməlik əl-Husi dünənki çıxışında cari məsələləri dəyərləndirib.
Az.rasthaber.com xəbər verir ki, Əbdülməlik əl-Husi Fələstindəki vəziyyətə toxunaraq, sionist İsrailin Qəzza və İordan çayının qərb sahilinə davam edən hücumlarına reaksiya verib.
Əbdülməlik əl-Husi Yəmənin Fələstinə dəstəyini təkrarlayaraq, “Amerika Yəmənə hücumlarını artırsa da, Yəməndəki məqsədlərinə nail ola bilmədi” deyib.
Ənsarullah lideri deyib: “Biz İsrailə qarşı əməliyyatlarımızı və dəniz qadağasını bərpa etdik və Fələstin ərazisinin dərinliklərinə doğru hücumlarımızı davam etdiririk”.
Əbdül-Malik əl-Husi Yəməndə milyonlarla insanın qatılacağı yürüşlərin gələn həftə yenidən başlayacağını açıqlayıb.
Yəmənin Fələstinə hərtərəfli dəstəyinin düşmən sionistləri və amerikalıları qəzəbləndirdiyinə işarə edən Əbdülməlik əl-Husi deyib: "ABŞ-ın ölkəmizə hücumu Amerikanın İsrailin düşməni ilə ortaq olduğu mübarizənin bir hissəsidir. Müharibə bizimlə İsrail arasında gedir".
ABŞ-ın gizli döyüş təyyarələri və bombardmançı təyyarələrlə hücumlarını davam etdirdiyini bildirən Əl-Husi bildirib: "Bəzi günlərdə ABŞ-ın hücumlarının sayı 90-a çatır. Hücumlar intensivləşsə də, şükürlər olsun ki, dəf edildi və hərbi imkanlarımıza təsir etmədi".