Ənsarullah ABŞ-ın hədəfində: Terrorçu təşkilatların siyahısına salmaq istəyirlər

Ənsarullah ABŞ-ın hədəfində: Terrorçu təşkilatların siyahısına salmaq istəyirlər

ABŞ Dövlət Departamenti bazar ertəsi bildirib ki, Yəmənin Ənsarullah qüvvələrini "terrorçu" qruplar siyahısına salmaq qərarı barədə Konqresi məlumatlandırmaq niyyətindədir.

Rasthaber Azərbaycan xəbər verir, ABŞ Dövlət katibi, nazirliyinin Ənsarullahın terrorçu qrup olaraq təyin edilməsi qərarı ilə əlaqədar Konqresi məlumatlandıracağını söyləyib.

ABŞ Dövlət katibi deyib: “Hədəfimiz Əbdülməlik Əl-Hüsinin (Yəmən Ənsarullahının Lideri), Əbdül Xaliq Bədruddin əl-Hüsinin (Ənsarullahın böyük bir üzvü və bu qrupun liderinin qardaşı) və Abdullah Yəhya Əl-Həkimin (Ənsarullahın ən böyük rəhbərlərindən biri) adlarını"beynəlxalq terrorçular" siyahısına salmaqdır."

Xəbəri paylaş

VİDEOLAR