Yəmənin Ənsarullah hərəkatının siyasi bürosu verdiyi açıqlamada bildirib ki, əlləri günahsızların qanına bulanmış Amerika digər ölkələri mühakimə etmək və onları terrorçular siyahısına salmaq iqtidarında deyil.
Az.rasthaber.com xəbər verir ki, bəyanatda deyilir: “Ənsarullah hərəkatının terror siyahısına əlavə edilməsi sionizmə xidmətdən başqa heç bir əsası olmayan çürük bir hərəkətdir”.
Ənsarullah hərəkatının siyasi ofisi verdiyi bəyanatda Amerikanın Yəmən xalqına qarşı düşmənçiliyi və İsrail rejiminə verdiyi bütün dəstəyin hər kəsə məlum olduğunu və bu qəddar hərəkatın yeganə məqsədinin İsrail rejiminin Fələstin xalqına qarşı cinayətlərinə dəstək olmaq olduğunu vurğulayıb.
Bəyanatda deyilir: “Amerikanın məqsədi Yəmən xalqının əzabını artırmaq, xalqı və silahlı qüvvələri Fələstin xalqını dəstəkləməkdən çəkindirməkdir”.