Ənsarullah: 48 saatda üçüncü dəfə Ben Qurion hava limanını vurduq

Ənsarullah: 48 saatda üçüncü dəfə Ben Qurion hava limanını vurduq

Yəmənin Ənsarullah hərəkatı 48 saat ərzində üçüncü dəfə hipersonik ballistik raketlə Tel-Əvivdəki Ben Qurion hava limanını hədəf aldığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Ənsarullah Hərbi Sözçüsü Yəhya Serinin verdiyi video açıqlamada bildirilib ki, Ben Qurion hava limanı “Fələstin-2” tipli hipersəs ballistik raketlə hədəfə alınıb.

Seri həmçinin bütün aviaşirkətlərə xəbərdarlıq edib ki, Ben Qurion "hava hərəkəti üçün təhlükəli vəziyyətə düşüb" və bu, Qəzzaya hücumlar dayandırılana qədər davam edəcək. Seri Yəmənə hücum edən ABŞ-a qarşı çıxmağa davam edəcəklərini bildirib.

Ənsarullah 18 mart çərşənbə axşamından bəri 5-ci dəfə İsraili hədəfə alıb. Ötən gün onlar Qırmızı dənizdə Ben Qurion beynəlxalq hava limanını və ABŞ-ın təyyarədaşıyan gəmisini bombaladıqlarını bildirmişdilər.

İşğalçı sionist İsrail ordusu dünən Yəməndən atılan ballistik raketin ölkə sərhədlərinə daxil olmamışdan əvvəl hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısının alındığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR