Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı işdən çıxarılıb

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı işdən çıxarılıb

Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Az.rasthaber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər sərəncamla da Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İradə Akif qızı Gülməmmədova isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xəbəri paylaş

VİDEOLAR