Növbəti dəfə ABŞ hərbi bazasına hücum həyata keçirilib
Rasthaber Azərbaycanda xəbər verir ki, İraqda ABŞ-ın hərbi bazasına raket hücumu həyata keçirilib.
Məlumata görə, General Süleymani sui-qəsdindən sonra İran tərəfindən vurulan "Əynul Əsəd" bazası, dünən də raketlə vurulub.
İraq rəsmiləri məlumatı təsdiq edərək, hücumda ölən və yaralananların olmadığını bildiriblər.
Qeyd edək ki, son aylardır ABŞ Ordusunun İraqdakı hərbi bazaları, həmçinin hərbi karvanlarına hücumlar həyata keçirilir.