Norveçdə məscidə hücum edən şəxsə hökm oxundu

Norveçdə məscidə hücum edən şəxsə hökm oxundu

Filip Manshausu 21 il müddətinə azadlıqdan məhrum edib.

Norveç məhkəməsi ötən ilin avqustunda paytaxt Oslo yaxınlığında atışma törətmiş Filip Manshausu 21 il müddətinə azadlıqdan məhrum edib.

Rasthaber Azərbaycan Trend-ə istinadən məlumata görə, məhkum 14 ildən sonra azadlığa çıxa bilər.

Qeyd edək ki, F.Manshaus 2019-cu ilin avqustunda ögey bacısını qətlə yetirdikdən sonra yaxınlıqdakı məsciddə atəş açmışdı. Həmin insident nəticəsində bir neçə nəfər yaralanmışdı.

Norveç qanunvericiliyinə əsasən, ən ağır cəza müddəti 21 ildir.

Xəbəri paylaş

VİDEOLAR