Nigeriyanın Kaduna və Katsina vilayətlərində silahlı hücumlarlar törədilib.
Kaduna Dövlət Daxili Təhlükəsizlik və Daxili İşlər Komissarı Samuel Aruwan törədilən hadisələr ilə əlaqəli açıqlama verib.
Rasthaber Azərbaycan xəbər verir ki, o qeyd edib ki, şəxsiyyəti hələ təyin olunmayan silahlı şəxslər tərəfindən vilayətin Goska ərazisində həyata keçirilən hücum nəticəsində 4 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Aruwanın məlumatına görə Katsina vilayətinin Zandam kəndində törədilən hadisədə nəticəsində isə biri polis olmaqla 7 nəfər həyatını itirib.