Nigeriyada quldurların girov götürdüyü 3 nəfər Türkiyəyə gətiriliblər

Nigeriyada quldurların girov götürdüyü 3 nəfər Türkiyəyə gətiriliblər

Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalan “Mozart” adlı yük gəmisinin üç heyət üzvü “Türk Hava Yolları”na məxsus təyyarə ilə İstanbula gətiriliblər.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, dördüncü kapitan Furkan Yaren və baş mühəndis İlhan Süha Tatlıgül ilə basqın zamanı yaralanaraq müalicəsi tamamlanan mühərrik bölməsinin yağ işlərinə baxan Bahadır Yaşilalan Librevil-İstanbul səfərini reallaşdıran Türk Hava Yolları ilə gəliblər.

Hava limanında jurnalistlərə açıqlama verən dördüncü kapitan Furkan Yaren hasidə zamanı ayağından yaralandığını bildirərək onlarla maraqlanan, zəng edən Prezident Rəcəb Tayyib Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Nəqliyyat və İnfrastruktur Adil Karaismailoğluna təşəkkür edib.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

 

 
 

 

Xəbəri paylaş

VİDEOLAR