Nigeriyada qaçqınların düşərgəsində yanğın oldu: 3600 nəfər çadırsız qaldı

Nigeriyada qaçqınların düşərgəsində yanğın oldu: 3600 nəfər çadırsız qaldı

Kolo-nun sözlərinə görə yanğından sonra hökumət tərəfindən düşərgəyə humanitar yardım göndərilib.

Nigeriya Təcili Yardım İdarəsi (SEMA) rəsmisi Yabawa Kolo-nun məlumatına görə Boko Haram qruplaşmasının törətdiyi qırğınlardan xilas olan qaçqınların qaldıqları Maiduguri bölgəsindəki düşərgədə çıxan yanğın nəticəsində 3 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.

3600 nəfər çadırsız qalıb. Kolo-nun sözlərinə görə yanğından sonra hökumət tərəfindən düşərgəyə humanitar yardım göndərilib.

Xatırladaq ki, keçən il Borno ştatında köçkünlərin qaldığı düşərgədə baş verən yanğında isə 7200 nəfər çadırsız qalmışdı.

Xəbəri paylaş

VİDEOLAR