Nigeriyanın Zamfara əyalətində silahlı dəstələr tərəfindən girov götürülən 14 nəfər xilas edilib.
Az.rasthaber.com xəbər verir ki, Zamfara polisinin sözçüsü Məhəmməd Şehu əyalətin Girkau kəndində silahlı dəstələrə qarşı əməliyyat keçirildiyini həmin çərçivədə 50 gün əvvəl silahlı dəstələr tərəfindən girov götürülən 14 nəfərin xilas edildiyini, onların sağlamlıqlarının yaxşı olduğunu bildirib.
Əməliyyatda 6 silahlı dəstə üzvünün də zərərsizləşdirildiyini deyən Şehu silahlı dəstələrin sığınacaqlarının dağıdıldığını sözlərinə əlavə edib.
Zamfara əyaləti artıq 5 ildir ki, silahlı dəstə üzvlərinin hücumları ilə üzləşir.
Əyalət hökuməti artan təhlükəsizlik problemləri səbəbiylə tutulan silahlı dəstə üzvlərinin edam cəzası tələbi ilə mühakimə olunacağını açıqlayıb.