Nigeriyanın mərkəzi hissəsində yerləşən məscidə terror hücumu edilib.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə Niger ştatının polis rəsmisi Balu Kuryas məlumat verib.
Qeyd edilib ki, bir qrup silahlı şəxs Bare kəndinə hücum ediblər.
“Terrorçular məscidi atəşə tutaraq 9 nəfər qətlə yetiriblər, daha bir neçə nəfər də yaralanıb”, – deyə o bildirib.
Bununla yanaşı, yerli sakin Əhməd Hamisunun sözlərinə görə isə, kənddə 16 nəfər qətlə yetirilib.
Bölgəyə əlavə polis qüvvələri göndərilib, terrorçuların axtarışı aparılır.
Hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.