Nigeriyanın şimal-qərbində silahlı qrupların məscidə hücumu nəticəsində 50 nəfər həlak olub, daha 60 nəfər oğurlanıb.
Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən bildirib.
Hadisə avqustun 19-da Malumfaşi bölgəsinin Unquvan-Mantau yaşayış məntəqəsində səhər namazı zamanı baş verib.