Nigeriyada dəniz quldurlarının girov götürdüyü 15 Türkiyə vətəndaşı xilas edilib

Nigeriyada dəniz quldurlarının girov götürdüyü 15 Türkiyə vətəndaşı xilas edilib

Bu barədə Türkiyə XİN məlumat yayıb

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Türkiyәnin Xarici İşlәr Nazirliyi Nigeriya sahillәrindә dәniz quldırlar tәrәfindәn girov götürülәn  ‘‘Motsart’’ adlı  gәmidәki 15 Türkiyә vәtәndaşının xilas edilәrәk tәhlükәsiz bölgәyә aparıldığını açıqlayıb.

Nazirlikdәn verilәn bәyanatda hadisәdәn dәrhal sonra prezident Rәcәb Tayyib Әrdoğanın prosesi tәqib edәrәk müvafiq bütün qurumların iştirakı ilә 15 Türkiyә vәtәndaşının xilas edilmәsi üçün  işçi qrupunun yaradılması ilә әlaqәdar göstәriş verdiyi vә müvafiq qurumların Türkiyәnin bölgәdәki sәfirliklәri ilә koordinasiyalı  şәkildә xilasetmә әmәliyyatına start verdiyi bildirilib.

Bәyanatda bir heyәtin fevralın 6-da Qabona gedәrәk görüşlәr keçirdiyi vurğulanıb. Bütün qurumların koordinasiyalı şәkildә göstәrdiyi sәylәr nәticәsindә 15 Türkiyә vәtәndaşının xilas edildiyi bildirilib.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum edib. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

Xəbəri paylaş

VİDEOLAR