Nigeriya sahillərində dəniz quldurları tərəfindən Türkiyə gəmisinə basqın edilib, bir azərbaycanlı öldürülüb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Mərkəzi qərargahı İstanbulda yerləşən bir şirkətə məxsus olan “Mozart” adlı Türkiyə gəmisinə San-Tome şəhərindən 98 dəniz mili (181 kilometr) Qvineya körfəzində hücum edildiyi bildirilib.
Şirkət açıqlamasında Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə doğru hərəkət edən gəmidəki 19 heyət üzvündən birinin öldürüldüyü, 15 nəfərin qaçırıldığı, 3 nəfərin isə dəniz quldurları ilə birlikdə gəmidə qaldığı ifadə edilib.
Türkiyə qaçırılan heyətin axtarışı üçün təşəbbüslərə başlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan hadisənin təfərrüatlarını və gəmidəki vəziyyəti gəminin 4-cü kapitanı Furkan Yaren ilə telefonda danışaraq öyrənib. Hücumdan xilas olan 3 heyət üzvü ilə gəminin Qabona doğru irəlilədiyi barədə məlumat əldə edən dövlət başçısı Ərdoğan prosesi yaxından izlədiyini və qaçırılan gəmi personalının qurtarılması ilə bağlı bütün səlahiyyətlilərə təlimat verdiyini bildirib.
Xarici İşlər naziri Mövlud Çavuşoğlu da gəminin mənsub olduğu şirkətin operatoru Osman Levent Karsan ilə telefonla da danışaraq başsağlığı verib və keçmiş olsun diləklərini çatdırıb, qaçırılanların yaxın zamanda xilas edilməsi və təhlükəsiz şəkildə evlərinə qayıtmaları üçün vacib olan her şeyin yerineə yetiriləcəyini vurğulayıb.
Türkiyə başda Abuja olmaqla Nigeriya və ətraf ölkələrdəki səfirlikləri qaçırılan ekipajın xilas edilməsi üçün səfərbər edib.