Nigeriyada 3 fərqli yerdə partlayış törədildi: 10 nəfər öldürülüb, çox sayda yaralı var

Nigeriyada 3 fərqli yerdə partlayış törədildi: 10 nəfər öldürülüb, çox sayda yaralı var

Partlayışlar Borno ştatının Maiduguri şəhərindəki Gwange, Bulabulin və Kaleri ərazilərində törədili

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Nigeriya  Dövlət  mediası bu  barədə  məlumat  yayıb. 

Bildirilib  ki, partlayışlar Borno ştatının Maiduguri şəhərindəki Gwange, Bulabulin və Kaleri ərazilərində  törədilib. 

Hadisələr  nəticəsində  10 nəfər həyatını itirib, 47 nəfər yaralanıb. Hökumət rəsmiləri  patlayışların  törədildiyi   ərazilərə  təhlükəsizlik qüvvələrinin  cəlb  olunduqlarını  və  hadisələrlə  əlaqəli istintaq başladıldığını  bildiriblər.

Rəsmilərin  məlumatına  görə  bölgədə  tez-tez  oxşar hadisələr   törədən  terror təşkilatı Boko Haram-a  qarşı  mübarizə   çərçivəsində  həyata  keçirilən  əməliyyat  nəticəsində Boko Haramın nəzarətindəki bölgə ələ keçirilib. Əməliyyatda  çox  sayda  terrorçu zərərsizləşdirilib.  

Xəbəri paylaş

VİDEOLAR