Nigeriyada 1 ayda terror və silahlı hücum qurbanlarının sayı açıqlanıb
Rasthaber xarici mediaya istinadən xəbər verir ki, Nigeriyada cari ilin sentyabr ayında terror aktları və silahlı hücumlar nəticəsində 160 insan qətlə yetirilib.
1 ay ərzində həmçinin 50-dən çox insan yaralanıb, 45 nəfər isə qaçırılıb.
Yerli KİV-lər bildirirlər ki, həyatını itirənlər arasında 25 hərbçi və 12 polis əməkdaşı da var.
Son ay ərzində ölkədə çox sayda “Boko Haram” və digər silahlı dəstə terrorçuları məhv edilib.
Xatırladaq ki, “Boko Haram” terror təşkilatı 2000-ci illərin əvvələrindən bir sıra Afrika ölkələrində dağıdıcı fəaliyyət göstərməkdədir. 2009-cu ildən bəri 20 mindən çox insan bu terrorçuların qurbanına çevrilib.
Qeyd edək ki, “Boko Haram” İŞİD terror təşkilatına beyət edib.