Nigeriya İslami Hərəkatının şəhidləri anıldı

Nigeriya İslami Hərəkatının şəhidləri anıldı

Nigeriya İslam Hərəkatı Liderliyi ofisi bu haqda məlumat yayıb

Rasthaber Azərbaycan xəbər verir ki, Nigeriya İslam Hərəkatı Liderliyi ofisi "Şəhidlər Günü" olaraq adlandırılan gündə, İmam Museyi Kazimin (ə) şəhadətilə paralel olaraq, bu hərəkatın şəhidləri üçün anım mərasimi təşkil etdiyini açqlayıb.
Nigeriya İslami Hərəkatı Liderliyi Ofisi bazar günü yayınladığı tvitter mesajında "Şeyx İbrahim Zəkzaki" dəstəkçilərinin bu hərəkatın şəhidləri üçün anım mərasimi təşkil etdiklərini önə çəkib.
"Nigeriya İslami Hərəkatı Lideri Əllamə Zəkzaki tərəfdarları, İmam Museyi Kazimin (ə) şəhadəyilə eyni zamana təsadüf edən "Şəhidlər Günü"ndə şəhidlərin anım mərasimini də həyata keçirdi.", -deyə qeyd olunub.
Mərasimdə Nigeriya İslami Hərəkatının qadın və kişilərdən ibarət çox sayda dəstəkçisi, əllərində tutduqları bu hərəkatın şəhidlərinin fotoları ilə, Nigeriyanın paytaxtı Abuja ətrafında aksiya və mərasim keçirib.

Xəbəri paylaş

VİDEOLAR