Zəkzakinin tərəfdarları tərəfindən ölkədəki əza məclisinə qoyulan qadağalara baxmayaraq mərasimlər təşkil olunub.
Nigeriyanın İslami Hərəkatın lideri Şeyx İbrahim Zəkzakinin tərəfdarları tərəfindən ölkədəki əza məclisinə qoyulan qadağalara baxmayaraq mərasimlər təşkil olunub.
Rasthaber Azərbaycan xəbər verir ki, Nigeriya polisi şənbə günü, Kaduna bölgəsində keçirilən mərasimə hücum edərək ən azı iki nəfəri qətlə yetirmiş, bəziləri isə yaralanmışdı.
Bundan sonra insan haqları müdafiəçiləri bu hücumları insan haqları və söz azadlığı ilə yanaşı dini inanclara qarşı hücum kimi qiymətləndirmiş, hücumları qınamışdı.
Bu təzyiq və hücumlara baxmayaraq məhərrəmlik mərasimləri Kaduna da dünən də təşkil olunub.
Son illər Nigeriya rejimi İslamçılara qarşı hücumlarını artırmış, ara-sıra şiələr yaşayan bölgələrə hücum əməliyyatlarında insanlar şəhid edilirlər.