Netanyahunun qorxub qaçdığı raketlərə görə İsrail Qəzzanı bombaladı

Netanyahunun qorxub qaçdığı raketlərə görə İsrail Qəzzanı bombaladı

İsrail tərəfi hücumun Qəzzadan İsrailə atılmış raketdən sonra həyata keçirdiyini iddia edib.

Rasthaber Azərbaycan xəbər verir ki, İsrail Qəzzada HƏMAS-ın hərbi qolu olan “İzətdin Əl Qəssam” briqadasının mövqelərinə “Aşkelon” raketi ilə zərbə endirib.

Məlumata görə, hücum zamanı ölən və yaralanan olmayıb.

İsrail tərəfi hücumun Qəzzadan İsrailə atılmış raketdən sonra həyata keçirdiyini iddia edib.

İsrailin baş naziri Benyamin Netanyahu dünən Qəzzaya yaxın bir bölgədə Aşkelonda partiyası “Likud” tərəfindən təşkil olunan mitinqə qatılmışdı. Mitinq zamanı mühasirədə olan Qəzzadan atıldığı deyilən raketlərə görə Aşkelon və çevrəsində həyəcan siqnalı vermiş, bundan sonra cangüdənləri Netanyahunu salondan qaçırmışdılar.

Xəbəri paylaş

VİDEOLAR