Netanyahunun BƏƏ-yə səfəri təxirə düşüb

Netanyahunun BƏƏ-yə səfəri təxirə düşüb

Bundan əvvəl İsrail mənbələri Netanyahunun bu ayın 9-da BƏƏ və Bəhreynə üç günlük səfər edəcəyini bildirmişdi.

Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki,  İsrail Baş Nazirinin BƏƏ və Bəhreynə bu ayın əvvəlinə planlaşdırılan üç günlük səfəri ləğv edilib.  

İsrail Baş Nazir ofisinin sözçüsü Ofer Jundelman "Tvitter" mesajında Benyamin Netanyahunun BƏƏ və Bəhreynə səfərinin ləğv edildiyini açıqlayıb:  

"Netanyahu BƏƏ-nin vəliəhdi Şeyx Məhəmməd ibn Zayed və Bəhreyn kralı Həməd ibn İsa Xəlifənin dəvəti üçün minnətdardır. Ancaq bu səfərlərin əhəmiyyətinə baxmayaraq, İsrailin səmaları bağlı olduğu üçün səfəri təxirə salmağa qərar verilib".  

Bundan əvvəl İsrail mənbələri Netanyahunun bu ayın 9-da BƏƏ və Bəhreynə üç günlük səfər edəcəyini bildirmişdi. 

Xəbəri paylaş

VİDEOLAR