“Digər günlər kimi şənbə günündə də elektrik enerjisi idxal ediləcək və kişilərlə qadınların birgə çimərliyi yenə olacaq. İsrail Alaha (Halaxah) dövləti olmayacaq.”
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İsraildə hökuməti formalşdırmaqda mükəlləf edilmiş Likud partiyasının sədri Benyamin Netanyahu tvitter səhifəsində deyib.
O, son günlərdə radikal sağcı və dini partiyalarla, o cümlədən “Tövrat Yəhudiləri” partiyasının liderləri ilə hökuməti formalaşdırmaq üçün bir araya gəlməsi ilə bağlı iddiaları cavablandırıb və deyib ki, İsrail yəhudi şəriətinə əsaslanan və “Alaha dövləti” kimi dövlət olmayacaq.
Netanyahu, bildirib ki, İsraildə bundan sonra da digər günlər kimi şənbə günündə elektrik enerjisi idxal ediləcək, habelə kişi və qadınların birgə çimərliyi qalacaq.
Bundan öncə İsrailin “Kanal-12” telekanalı bildirib ki, Netanyahu dini partiyalarla sövdələşərək, “şənbə günü elektrik enerjisinin idxalının qadağan edilməsi, qadın və kişi çimərliklərinin ayrılması, habelə “Talmud” maarifinin sekulyar təlim-təhsil müəssisələrinə daxil edilməsi”nə razılıq verib.