Netanyahudan gizli Səudiyyə səfəri

Netanyahudan gizli Səudiyyə səfəri

İsrail Baş naziri Binyamin Netanyahu ötən gün gizli şəkildə Səudiyyə Ərəbistanına səfər edib.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, o, vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb.

Netanyahu ilə yanaşı “Mossad” başçısı Yosi Koenin də səfər və görüşdə iştirak etdiyi qeyd edilir.

Netanyahunun ofisi bu məlumatı şərh etməkdən imtina edib.

Biz bu məlumatları şərh etmirik”, - deyə bildirilib.

Xəbəri paylaş

VİDEOLAR