Netanyahu Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması planı barədə

Netanyahu Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması planı barədə

“Səudiyyə Ərəbistanı ilə sülh və ya münasibətlərin normallaşdırılması razılaşması Fələstin-İsrail sülh sazişinin əldə olunmasını asanlaşdıracaq.”

Az.rasthaber.com SalamNews-a telekanalına istinadən xəbər verir ki, bunu İsrailin baş nazirliyinə namizəd Benyamin Netanyahu deyib.

Netanyahu Əl-Ərəbiyyə telekanalına verdiyi müsahibədə Səudiyyə Ərəbistanı ilə sülh sazişi bağlamaq və ya münasibətləri normallaşdırılmaq istəyini açıqlayaraq, bu mümkün prosesin fələstinlilər və israillilər arasında sülhə nail olmaq yolunu asanlaşdıracağını deyib.

Netanyahu əl-Ərəbiyyə telekanalının ingilis dilli versiyasına verdiyi müsahibədə gələcəkdə Səudiyyə Ərəbistanı ilə rəsmi Təl-Əviv arasında münasibətlərin qurulacağına ümid edib və ABŞ administrasiyasından bu zəmində addımlar atmasını istəyib.

Netanyahu həmçinin ABŞ-ı Səudiyyə Ərəbistanı və digər ölkələrlə ənənəvi müttəfiqliyini bir daha bəyan etməyə çağırıb.

Qeyd edək ki, Netanyahu ənənəvi müttəfiqliyin yenidən bəyan edilməsi deyəndə ABŞ-ın Səudiyyə Ərəbistanı ilə əlaqələrinə xələl gəlməməsini nəzərdə tutur.

Xəbəri paylaş

VİDEOLAR