"İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması mümkündür və bu, bütövlükdə ərəb-İsrail münaqişəsinə son qoymuş olardı"
Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu fikri İsrail rejiminin Baş naziri Binyamin Netanyahu Təl-Əvivdə keçirilən təhlükəsizlik konfransında deyib.
“Əgər biz sülh çevrəmizi Səudiyyə Ərəbistanına qədər genişləndirsək, onda düşünürəm ki, ərəb-İsrail münaqişəsinə həqiqətən son qoyacağıq ... Fələstin problemini həll edəcəyik”, - B. Netanyahu bildirib.