Netanyahu: İsrailin baş naziri Yair Lapid Hizbullah-ın təhdidinə təslim olub

Netanyahu: İsrailin baş naziri Yair Lapid Hizbullah-ın təhdidinə təslim olub

“Yair Lapid Hizbullah-ın lideri Həsən Nəsrullahın qarşısında geri addım atıb və təhdidinə təslim olaraq, Kariş qaz yatağından əl çəkib.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu sabiq baş nazir, Likud partiyasının sədri Benyamin Netanyahu tvitter hesabında deyib.

O, tvitterdə yayımladığı videoda deyib:

“Nəsrullah Lapidi təhdid edib ki, Kariş qaz yatağı barədə İsraillə Livan arasında anlaşma imzalanmasa qaz yatağına və bizə hücum edəcək. Lapid də qorxdu və Kariş yatağından qazın çıxarılmasını dayandırdı. İndi Lapid istəyir ki, bizim nəzarətimiz olmadan milyardlarla dollar dəyərində ehtiyatı olan qaz yatağını Livana versin və Hizbullah da İsrailə atılacaq minlərlə raketi əldə edə bilsin.”

Netanyahu bunu dedikdən sonra israilliləri gələn noyabrda keçiriləcək seçkilərdə, Lapidin rəhbərlik etdiyi zəif hökumətin əvəzinə, möhkəm sağçı Likud partiyasına səs verməyi istəyib.

Xəbəri paylaş

VİDEOLAR