Netanyahu İranla bağlı qorxularını dilə gətirdi

Netanyahu İranla bağlı qorxularını dilə gətirdi

İsrail rejiminin keçmiş baş naziri Binyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı əldə ediləcək sazişə görə narahatlığını izhar edib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, İsrail rejiminin keçmiş baş naziri Binyamin Netanyahu deyib ki, Vyanada İranla aparılan nüvə danışıqları çərçivəsində əldə edilməsi gözlənilən razılıq "dəhşətlidir".

O, hazırda gözlənilən sazişin əvvəlikdən daha pis olacağını bildirib.

Netanyahu iddia edib ki, əvvəlki nüvə razılığı İranın atom bombasına yolunu açdı və yeni saziş də "daha da pis olacaq".

Sionist siyasətçi qeyd edib ki, yeni razılaşma İrana uranı məhdudiyyətsiz şəkildə zənginləşdirmək, həmçinin böyük gəlirlər əldə etmək imkanı verəcək.

O, razılığın müqabilində İrana qarşı sanksiyaların ləğv edilməsi ilə razı olmadığı əlavə edib və rəsmi Tehrana qarşı "sərt sanksiyalar" və "real hərbi təhdidlər" yaratmağa dair çağırış edib.

Xəbəri paylaş

VİDEOLAR