Netanyahu: Digər ərəb ölkələri də İsraillə əlaqələri normallaşdıracaq

Netanyahu: Digər ərəb ölkələri də İsraillə əlaqələri normallaşdıracaq

O, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Klakr ilə görüşdə danışıb.

Rasthaber Azərbaycan AA-ya istinadən xəbər verir ki, İsrail baş naziri Binyamin Netanyahu bildirib ki, tezliklə digər ərəb ölkələri də Tel-Əvivlə münasibətlərin normallaşdırılması haqda elan edəcəklər.

O, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Klakr ilə görüşdə danışıb.

“Bəzi ərəb ölkələri artıq bu addımı atıb, digərləri də buna hazırlaşırlar. Söhbət gözləniləndən də çox sayda ölkədən və münasibətlərin normallaşdırılmasının daha qısa müddətindən gedir”, – deyə Netanyahu qeyd edib.

Xatırladaq ki, BƏƏ və Bəhreyn 2020-ci il 15 sentyabrda A Evdə İsraillə münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıblar. Daha sonra isə Sudan və Mərakeş də bu addımı atıblar.

Xəbəri paylaş

VİDEOLAR