Neftçala bələdiyyəsinin sədrinə cinayət işi açılıb

Neftçala bələdiyyəsinin sədrinə cinayət işi açılıb

Neftçala bələdiyyəsinin fəaliyyətinin araşdırılması zamanı 1,34 ha torpaq sahəsinin real qiymətindən ucuz satılması müəyyən edilib.

“Report”un xəbərinə görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə) qeyd edilib.

Bildirilib ki, bununla da bələdiyyə büdcəsinə 117, 922 manat ziyan vurulması, müvafiq təsdiqləyici sənədlər olmadan təmir-abadlıq işlərinin görülməsinə bələdiyyə büdcəsindən 13,103 manat vəsaitin silinməsi müəyyən edilib. Həmçinin səlahiyyətli olmadığı halda bələdiyyə sədri tərəfindən qərarlar qəbul edilməsi faktları üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Bundan başqa ötən il Ədliyyə Nazirliyinə bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş 3 304 müraciətdən 2 980-nə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb. 

Həmin müraciətlərdən 152-si aidiyyəti üzrə göndərilib, 172 müraciət isə baxılmaqdadır. Onların 140-ı təmin və ya qismən təmin edilib. Bu, ötən illə müqayisədə 71% çoxdur.

İnzibati nəzarət qaydasında aparılmış 24 inzibati araşdırmada cinayət əlamətləri aşkar edildiyindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materialların 17-si üzrə cinayət işi başlanıb, 1 material üzrə cinayət işinin başlanılması rədd edilib, digərlərinə isə baxılmaqdadır.

Cinayət işi açılan bələdiyyələr arasında Qusar rayonu Samur, Şamaxı rayonu Ovçulu, İmişli rayonu Yuxarı Qaralar, Xızı, Göyçay rayonu Ərəbcəbirli. Tovuz rayonu Abulbəyli. Ağsu rayonu Xanbulaq, Səbail rayonu Badamdar bələdiyyəsinin vəzifəli şəxslər var.

Xəbəri paylaş

VİDEOLAR