Nəcəf Polisi İmam Əlinin (ə) şəhadətinin ildönümü ilə bağlı təhlükəsizlik planının qüvvəyə mindiyini elan edib.
Az.rasthaber.com "İslamazeri.com"a istinadən xəbər verir ki, Əyalət polis komandanlığının sözçüsü polkovnik-leytenant Miqdad Əl-Musəvi bununla bağlı açıqlama verib:
“İmam Əli (ə) şəhadətinin ildönümündə ziyarətçilərin mühafizəsi üçün təhlükəsizlik planı qüvvəyə minib. Nəcəf şəhəri bir neçə təhlükəsizlik zonasına bölünəcək. Bütün bölmələr müqəddəs ziyarətgahın yaxınlığında həyata keçiriləcək bütün fəaliyyətlər və mərasimlər üçün lazımi mühafizəni təmin etməyi öz üzərinə götürəcək."
Qeyd edək ki, müsəlmanlar hər il Ramazan ayının 21-dən 22-nə keçən gecə, İmam Əlinin (ə) şəhadətinin ildönümü ilə bağlı o Həzrətin (ə) müqəddəs hərəminə axışır.