Müalicə edən həkimlərin Navalnının həyat yoldaşı Yuliya ilə sıx təmasda olduğu bildirilir
Rasthaber Azərbaycan Voa-ya istinadən xəbər verir ki, Almaniyanın Charité klinikasının bildirdiyinə görə, Aleksey Navalnını tibbi komadan çıxarılıb və mexaniki ventilyasiyadan ayrılıb. Onun vəziyyətinin yaxşılaşdığı bildirilib.
"Xəstə tibbi komadan çıxarılıb və tənəffüs aparatından ayrılıb. O, söz stimullarına cavab verir. Güclü zəhərlənmənin potensial və uzunmüddətli nəticələrini qiymətləndirmək hələ tezdir" - deyə, məlumarta bildirilib.
Müalicə edən həkimlərin Navalnının həyat yoldaşı Yuliya ilə sıx təmasda olduğu bildirilir. Xəstəxanadan bildirilib ki, vəziyyəti ilə bağlı təfərrüatlar xəstənin qərarı ilə açıqlana bilər.
Navalnı avqustun 22-dən bəri Almaniya xəstəxanasındadır. Ondan iki gün əvvəl yerli fəallarla görüşmək üçün Tomsk şəhərinə səfər edən Navalnı avqustun 20-də Moskvaya qayıdarkən təyyarədə özünü pis hiss edib. Siyasətçinin uçduğu təyyarə Omsk şəhərində enməli olub və müxalifətçi yerli xəstəxananın reanimasiyasına yerləşdirilib. Həkimlər əvvəlcə onun Berlinə aparılmasına razı olmasalar da, sonradan bunu etmək mümkün olub. Tərəfdaşlarının dediyinə görə, Navalnı böyük ehtimalla çaya qarışdırılmış toksinlə zəhərlənib.