Navalnı həyatını xilas etdiklərinə görə "naməlum dostlara" təşəkkür edib

Navalnı həyatını xilas etdiklərinə görə

Rusiya isə onu zəhərlədiyini inkar edir və heç bir dəlil olmadığını deyir.

Rusiyanın müxalif siyasətçisi Aleksey Navalnı cümə günü bildirib ki, o həyatını ötən ay təyyarədə səhhəti pisləşəndən sonra təcili eniş edən pilotlara və zəhərlənmə diaqnozu qoyaraq ona atropin vuran tibb işçilərinə borcludur.

Rasthaber Azərbaycan voa-ya istinadən xəbər verir ki, Navalnı Instagram-da tədricən sağaldığını əks etdirən yazılarından birində “naməlum yaxşı dostlarına” təşəkkür edib. Almaniya, Fransa və İsveç laboratoriyaları onun sinir agenti ilə zəhərləndiyi qənaətinə gəlib. Rusiya isə onu zəhərlədiyini inkar edir və heç bir dəlil olmadığını deyir.

O həmçinin bildirib ki, "Anladığım qədəri ilə ... qatillərin planı sadə idi: havaya qalxdıqdan 20 dəqiqə sonra özümü pis hiss edəcəm, 15 dəqiqədən sonra isə huşumu itirəcəkdim".

"Tibbi yardım ala biləcəyimə zəmanət olmadığı üçün bir saat sonra tualetə gedən sərnişinlərin dəhşətli baxışları ilə oturacaqların son sırasındakı qara bir plastik torbada səyahətimi davam etdirəcəkdim" deyə o qara yumorla əlavə edib.

Siyasi partiya qurmasına icazə verilməməsinə baxmayaraq, Navalnı son on ildə YouTube və Instagramdan istifadə edərək korrupsiya ilə əlaqəli araşdırmalar dərc edir.

44 yaşlı Navalnı bomba xəbərdalığına baxmayaraq təyyarəni Omsk istiqamətinə yönəltdiyinə görə pilotlara təşəkkür edib.

O, həmçinin "diabet və s. kimi heç bir yalan deməyən, ancaq dərhal 'bu bir zəhərlənmədir' deyən və ona bir doz atropin vuran" hava limanının tibb işçilərinə və təcili yardım komandasına da təşəkkür edib.

Navalnıya sinir agenti və ya pestisid zəhərlənmələrini müalicə etmək üçün istifadə olunan atropinin nə vaxt və harada vurulması barədə ziddiyyətli məlumatlar ortaya çıxsa da, tibbi mütəxəssislər bunun yəqin ki, onun həyatını xilas etdiyini söyləyir.

Əvvəl mənbələr Reuters-ə parademiklərin ona iynə vurduğunu, atropin vermədiyini və bunun daha sonra Omskdakı xəstəxanaya yerləşdirildiyi zaman tətbiq olunduğunu söyləmişdi.

Navalny bu həftənin əvvəlində Berlindəki xəstəxanadan evə buraxılıb və bundan sonra gündəlik fizioterapiya tətbiq ediləcəyini bildirib.

Instagramdakı son postunda Navalnının həyat yoldaşı Yulianı qucaqladığı və neytral bir ifadə kameraya baxdığı görünür.

“Təşəkkür edirəm naməlum dostlar. Sizlər yaxşı insanlarsınız,” o şəklin altında yazıb.

Xəbəri paylaş

VİDEOLAR