NATO Rusiyaya qarşı Ukraynanı dəstəkləməyi planlaşdırmır

NATO Rusiyaya qarşı Ukraynanı dəstəkləməyi planlaşdırmır

ABŞ Silahlı Qüvvələrinin Avropadakı eks-komandanı general Ben Hoces deyib

Rasthaber Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Avropadakı eks-komandanı general Ben Hoces bəyan edib ki, Ukrayna və Rusiya arasında hərbi münaqişə baş versə, NATO ona müdaxilə etməyəcək.

O əlavə edib ki, təşkilat belə bir vəziyyətdə Kiyevi dəstəkləməyi planlaşdırmır, çünki Ukrayna NATO üzvü deyil.

Boces həmçinin qeyd edib ki, müdaxilə baş verməyəcək, çünki NATO-ya üzv bəzi ölkələr Moskvaya təzyiq göstərmək istəmir.

Xatırladaq ki, daha öncə Ukrayna HDQ komandanı Aleksey Neijpapa bəyan edib ki, ölkəsi Rusiya ilə tammiqyaslı silahlı toqquşmaya hazırlaşır.

Xəbəri paylaş

VİDEOLAR