"NATO-nun genişlənməsi Avropanın təhlükəsizliyi üçün kədərli hadisədir"

Rusiya xarici işlər nazirinin müavini bildirib ki, NATO Soyuq Müharibə dövrünün proqramlarına qayıdıb və hər vasitə ilə Rusiyaya nəzarət etmək istəyir.

Az.rasthaber.com "İslamTimes"a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko daha sonra deyib: 

"İyunun sonunda İspaniyanın Madrid şəhərində keçirilən görüşdə NATO alyansı öz genişlənməsini tamamlamağa və Soyuq Müharibə dövrünün prinsipləri və hərbi planlarına qayıtmağa çalışıb.
Qruşko sözlərinin davamında deyib: “NATO Rusiyanı özü üçün çox təhlükəli bir təhdid hesab edir və buna görə də bütün vasitələrdən istifadə etməklə bizimlə qarşıdurma yaratmaq və Rusiyanı bütün cəbhələrdə nəzarətdə saxlamaq üçün səylə çalışır”.
Rusiya xarici işlər nazirinin müavini, Finlandiya və İsveçin bu təşkilata qoşulmasını Avropanın təhlükəsizliyi üçün kədərli hadisə hesab edib.

Xəbəri paylaş

VİDEOLAR