NATO İraqdakı hərbçilərini artırır

NATO İraqdakı hərbçilərini artırır

NATO ölkələrinin müdafiə nazirləri alyansın İraqdakı hərbçilərinin sayının artırılması barədə qərar qəbul ediblər.

Bunu Brüsseldə keçirilən mətbuat konfransı zamanı NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb.

"İraqdakı missiyamızın sayını 500 nəfərdən 4 min nəfərə qədər artırmaq barədə qərar qəbul etdik. Hərbçilərin sayının artırılması bir neçə ay ərzində mərhələli şəkildə həyata keçiriləcək", - Y.Stoltenberq deyib.

Baş katib bildirib ki, təlim missiyası statusu qorunacaq, qoşunlar döyüş əməliyyatlarında iştirak etməyəcək. Onun sözlərinə görə, NATO-nun İraqdakı genişləndirilmiş missiyasının komandanlığını Danimarka həyata keçirəcək.

Xəbəri paylaş

VİDEOLAR