NATO: ABŞ ordusunun İraqdakı missiyasını yerinə yetirən deyilik

NATO: ABŞ ordusunun İraqdakı missiyasını yerinə yetirən deyilik

NATO-nun İraqdakı komandanı Pierr Olsen açıqlama verib

Rasthaber Azərbaycan xəbər verir ki, NATO-nun İraqdakı nümayəndəsi general-leytenant Pierr Olsen onun nəzarətindəki qüvvələrin ölkədəki ordu üçün təlim və müvaşirlik xidmətini davam etdirəcəyini, ancaq ABŞ qüvvələrinin rolunu heç vaxt öhdəsinə götürməyəcəyini söyləyib.

"Asia" televeziya kanalına açıqlama verən Olsen deyib ki, İraqdakı qüvvələrimizin sayı 300-dən çoxdur, döyüşməkdən başqa bir vəzifəmiz var. Təlim və müşavirlik verəcəyimiz qurumlar qarşıdakı aylarda keçiriləcək görüşlər nəticəsində müəyyən ediləcək.

İraq Milli Təhlükəsizlik məsləhətçisi Qasım Aracinin ölkədə NATO-nun əsgər sayının artırılması üçün rəsmi bir müraciət etdiyini xatırladan Olsen "NATO qətiliklə ABŞ-ın İraqdakı rolunu yerinə yetirməyəcək" ifadəsindən istifadə edib. 

Digər tərəfdən, Olsen İraq hökumətinin NATO missiyasını hər növ silahlı hədəfdən qorumaq üçün qayğı göstərdiyini vurğulayıb.

Qeyd edək ki, NATO-nun Baş katibi Yens Stoltenberq 18 fevral tarixində açıqlama verərək bildirmişdi ki, İraq qüvvələrini terrorla mübarizədə dəstəklənmək və terror təşkilatı DEAŞ-ın geri dönməsinin qarşısını almaq üçün bu gün NATO-nun İraq missiyasını genişləndirməyə qərar verdik. Missiyamız 500 nəfərdən 4 minə çıxarılacaq. Təlim fəaliyyətlərinə daha çox İraq qurumu ilə Bağdad xaricindəki bölgələr də daxil ediləcək.

Xəbəri paylaş

VİDEOLAR