NASA mühəndisi Türkiyənin PUA istehsal edən Baykar şirkətinə transfer edildi

NASA mühəndisi Türkiyənin PUA istehsal edən Baykar şirkətinə transfer edildi

Firmanın baş direktoru Haluk Bayraktar Türkiyənin səmadakı qüruru PUA "Bayraktar TB2"-ni şərh edib.

Rasthaber Azərbaycan Türkiyə mediasında yayılan xəbərə istinadən bildirir ki, ABŞ-ın "Milli Aeronavtika və Kosmos İdarəsi"nin (NASA) Marsa eniş edən kosmik gəminin inşasında vəzifə icra edən bir türk mühəndis pilotsuz uçuş aparatlarını (PUA) istehsal edən Türkiyənin "Baykar" şirkətinə qatılıb.
Firmanın baş direktoru Haluk Bayraktar Türkiyənin səmadakı qüruru PUA "Bayraktar TB2"-ni şərh edib.
Qarabağdakı Azərbaycan-Ermənistan müharibəsi zamanı Rusiyanın döyüş sistemlərinin "Bayraktar"a mane ola bilmədiyini vurğulayıb:
"Gördünüz "Bayraktar TB-2"ni 1 saat belə dayandıra bilmədilər. Qarabağ qələbəsi əsnasında 50-dən çox hava müdafiə sistemi təxminən 140 tank, yüzlərlə çox lüləli minatan SPUA-lar sayəsində  məhv edildi".
İsrailin Türk hava sistemlərini yaxından izlədiyini də söyləyən Haluk Bayraktar "Heron"lar istehsal edən şirkətin "Baykar"ı hələ heç kəs tanımadığı zamanlarda, 2004-cü ildə onlara ortaqlıq təklif etdiyini bildirib. 
Pilotsuz uçuş aparatlarını inkişaf etdirmə fəalliyətlərini davam etdirdiklərini vurğulayan Bayraktar NASA-nın Marsa eniş edən gəmisinin inşasında vəzifəli bir Türk mühəndisin də şirkətin ekipajına qoşulduğunu qeyd edib. vasitələrinin inkişafının davam etdiyini bildirən Bayraktar, NASA-nın Mars eniş vasitəsinin inkişafından məsul bir türk mühəndisinin də qruplarına qatıldığını söylədi.
Yeni bir SPUA üzərində çalışdıqlarını açıqlayan Haluk Bayraktar "1 il kimi qısa müddətdə "TCG Anadolu" amfibiya hücum gəmisinə avtomatik qalxıb enə biləcək bir SPUA diyazn etməyi planlaşdırırıq" deyib.

 

Xəbəri paylaş

VİDEOLAR