Nablusda iki fələstinli gənc şəhid olub

Nablusda iki fələstinli gənc şəhid olub

İşğalçı qüvvələrin bu gün səhər saatlarında Nablusun şərqindəki Balata Qaçqınlar Düşərgəsinə basqını zamanı 2 gənc şəhid olub, 4 nəfər yaralanıb.

Az.rasthaber.com xəəbr verir ki, işğalçı qüvvələrin bu gün səhər saatlarında Nablus şəhərinin şərqindəki Balata düşərgəsinə basqını zamanı 2 gənc şəhid olub, 4 nəfər yaralanıb.

Basqın zamanı bir evdə işğalçı qüvvələr tərəfindən mühasirəyə alınan qiyamçıların sağ qaldığı və işğalçı qüvvələrin qiyamçıları saxlaya bilmədiyi bildirilib.

Fələstin Səhiyyə Nazirliyi işğal qüvvələrinin Balata düşərgəsinə basqın zamanı 32 yaşlı Səid Cihad Şakir Meşe və 19 yaşlı Adnan Vesim Yusuf Əl-Aracın şəhid olduğunu, boyun, qarın və ayaq nahiyəsindən xəsarət alan daha 3 nəfərin vəziyyətinin stabil olduğunu açıqlayıb.

İşğal qüvvələri bu gün səhər saatlarında Nablusun şərqindəki Balata düşərgəsinə basqın edərək bir evi mühasirəyə alıb və basqın zamanı işğal əsgərləri ilə fələstinli qiyamçılar arasında silahlı qarşıdurma yaşanıb.

Şahidlər bildiriblər ki, işğal qüvvələrinin xüsusi təyinatlı qüvvələri El-Camasin rayonunda bir evi mühasirəyə alıb, toqquşma zamanı partlayış səsləri eşidilib, işğalçı qüvvələrin düşərgəyə soxulduğunun fərqinə varıldıqda isə düşərgədə sirenlər səslənib.

Xəbəri paylaş

VİDEOLAR