İraq təhlükəsizlik qüvvələri bir çox terror əməliyyatlarında iştirak etmiş İŞİD üzvünü ələ keçiriblər.
Az.rasthber.com SANA-ya istinadən xəbər verir ki, bu barədə İraq kəşfiyyatındakı mənbədən məlumat verilib.
Ən təhlükəli İŞİD-çilərdən birinin tutulması əməliyyatı dəqiq kəşfiyyat məlumatı əsasında keçirilib.
Qeyd edilib ki, artıq həmin terrorçu terrorçu-kamikadzelərin daşınması, Bağdadda partlayıcı qurğuların quraşdırılması və digər çox sayda terror aktını etiraf edib.