Ən çox islamofob bu ölkələrdə yaşayır

Ən çox islamofob bu ölkələrdə yaşayır

Avstraliyadakı ictimai təşkilatlardan biri islamofobiya ilə bağlı araşdırma aparıb.

Az.rasthaber.com xəbər verir ki, təhqiqat nəticəsində sosial şəbəkədə ən çox islamofob məzmunlu paylaşımlar edən 3 ölkənin adı məlum olub.

Viktoriya İslam Şurasının araşdırmaçıları müəyyən ediblər ki, sosial şəbəkələrdəki İslam və müsəlmanlar əleyhinə olan məzmunun 86%-ni ABŞ, Böyük Britaniya və Hindistandan olan internet istifadəçiləri yaradırlar.

Qeyd edilib ki, Hindistanda islamofob məzmunlu paylaşımların əsas payı hakim millətçi Bharatiya Canata partiyası ilə bağlıdır. ABŞ-da islamofob məzmun ən çox Donald Trampın prezidentliyi dövrüdə müşahidə edilmişdi. Böyük Britaniyada isə belə bir tendensiya qaçqınların sayının çoxalması və Boris Consonun islamofob çıxışları ilə bağlıdır.

Xəbəri paylaş

VİDEOLAR