İndoneziyanın xarici işlər naziri Retno Lestari Priansari Marsudi rəsmi Cakartanın Fələstin xalqının ədalət və azadlıq mübarizəsinə qəti dəstəyini ifadə edib.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, bu barədə İndoneziya XİN rəsmisi Teuku Fayzas bildirib.
Qeyd edilib ki, nazir Marsudi İndoneziyanın Fələstin məsələsindəki mövqeyinə sadiqliyini qeyd edib və əlavə edib ki, İndoneziya bu dəstəyini davam etdirəcək.
Bu bəyanat sionist rejimi KİV-lərində İndoneziyanın İsrail rejimi ilə münasibətləri “normallaşdırmaq” istəməsinə dair iddiaların yayılmasının fonunda səsləndirilib.
Xatırladaq ki, İndoneziya və İsrail rejimi arasında heç bir zaman diplomatik münasibətlər olmayıb.