Myanmanın hərbi höküməti Facebooku blokladı

Myanmanın hərbi höküməti Facebooku blokladı

Myanmanın hərbi hökuməti bu həftə ölkənin mülki hökumətinin devrilməsinə qarşı artan etirazlar fonunda cümə axşamı Facebook-a ictimai girişi bağlayıb.

Rasthaber Azərbaycan VOA-ya istinadən xəbər verir ki, Rabitə və İnformasiya Nazirliy ölkədə “sabitliyin qorunması üçün” sosial media nəhənginin bazar gününə qədər bloklanacağını bildirən bir açıqlama verib.

Ölkənin aparıcı mobil şəbəkə operatoru “Telenor Myanmar“ Facebook-u bloklamaq əmrinin verildiyini təsdiqləyib, lakin bu tələbin beynəlxalq insan hüquqları qanununa uyğun olaraq zərurət və mütənasibliyə əsaslandığına inanmadığını deyib.

ABŞ-da yerləşən şirkət Myanmanın hərbi liderlərini vətəndaşların “ailəsi və dostları ilə ünsiyyət qura biləcəyini və vacib məlumatlara sahib olmasını” təmin etmək üçün səhifəni bərpa etməyə çağırıb.

Facebook Myanmada həm mülki, hərbçilər tərəfindən istifadə olunan ən populyar sosial media platformasıdır.

Hakimiyyətdəki çevrilişdən qəzəblənən insanlar şəkillər paylaşmaq və müxtəlifətin etiraz aksiyalarını canlı yayımlamaq üçün Facebook-a müraciət edir. Yanqun və digər şəhərlərdə sakinlər çevrilişə etiraz olaraq gecə saatlarında küçələrə çıxaraq qazan və tavaları çırpıb, avtomobillər siqnal verib.

BMT-nin Baş katibi Antonio Quterres çərşənbə günü ölkədəki hərbi çevrilişişə qarşı Myanmaya təzyiq göstərməsi üçün təşkilatın beynəlxalq ictimaiyyəti səfərbər etməyə çalışacağını deyib.

ABŞ Dövlət Katibi Entoni Blinken Birləşmiş Ştatların Birma xalqının demokratiya, azadlıq, sülh və inkişaf istəklərini dəstəklədiyini deyib və ordunu hərəkətlərinə dərhal son qoymağa çağırıb.

Myanma ordusu noyabr seçkilərindəki saxtakarlığa dair iddiaları ilə bağlı tədbir görülmədiyini əsas gətirərək, bir il davam edəcək fövqəladə vəziyyət rejimi altında bazar ertəsi ölkəyə nəzarəti ələ alıb.

Hərbi qüvvələr hakimiyyəti Myanma lideri Aunq San Su Çi və hakim Demokratiya Uğrunda Milli Liqa Partiyasının digər rəsmilərinin həbs edilməsindən sonra ələ keçirib.

Daha sonra Demokratiya Uğrunda Milli Liqa Partiyası Facebook səhifəsində insanları “çevrilişə” qarşı çıxmağa və “hərbi diktaturaya” qayıtmamağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR