Myanmanın hərbi xuntası ölkənin istefaya göndərdiyi de-fakto lideri Aunq San Su Çini 500 min dollardan çox rüşvət almaqda günahlandırıb.
Rasthaber xəbər verir ki, paytaxt Neypityoda keçirilən mətbuat konfransında ordu sözçüsü, general Zau Min Tun ölkənin sabiq baş naziri Fyo Min Tinin şikayətinə əsasən, ölkənin həbsdə olan lideri Aunq San Su Çini vəzifədə olarkən 600 min dollar rüşvət və qızıl külçələr almaqda ittiham edir.
Bundan əvvəl Su Çiyə qeydiyyata alınmamış altı walkie-talkie radiosuna qanunsuz sahib olmaqda və həmin rabitə lisenziyası olmadan istifadə etmək, COVID-19 protokollarını pozaraq kütləvi toplantılar keçirmək və ictimai iğtişaşlar yaratmağa cəhd etmək kimi cinayət ittihamları irəli sürülərək, məsuliyyətə cəlb olunub.
Myanmanın hərbi rejimi çevrilişə qarşı olan nümayişçilərə qarşı törətdiyi zorakılıqlara görə beynəlxalq ictimaiyyət tərəfindən tənqidlərə məruz qalır. Amnesty International təşkilatının cümə axşamı açıqladığı hesabatda xunta “dinc etirazçılara qarşı döyüş meydanında istifadə edilən taktikadan, silahdan istifadə etməkdə” günahlandırılıb.