Son sutka ərzində 94 etirazçının yaralandığı qeyd edilir.
Rasthaber Eastnews-a istinadən verdiyi xəbərə görə, hərbçilərin Myanmada hakimiyyətə gəlməsindən sonra 1500-ə yaxın etirazçı saxlanılııb.
Bu barədə Myanmada siyasi məhkumlara yardım assosiasiyası məlumat verib.
“Martın 3-nə olan vəziyyətə əsasən, 1498 nəfər saxlanılıb. Hazırda onlardan 1192 nəfər hələ də nəzarətdədir, 4 nəfərinə həbs cəzası verilib. Sutka ərzində Myanmada 19 nəfər öldürülüb. Ümumilikdə isə etirazların başlanmasından bu günə kimi 50-dən artıq etirazçı həyatını itirib”, - deyə məlumatda bildirilir.
Son sutka ərzində 94 etirazçının yaralandığı qeyd edilir.