Myanmada hərbi çevrilişdən sonra nazirlər kabinetinin ilk iclası keçirilib

Myanmada hərbi çevrilişdən sonra nazirlər kabinetinin ilk iclası keçirilib

Ayın əvvəlində Myanma ordusu hakimiyyəti devirmişdi

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Myanmada 8 noyabrda keçirilən ümumi seçkilərdə saxtakarlıq edildiyi iddiası ilə fevralın 1-də həyata keçirilən hərbi çevrilişdən sonra yeni kabinetin ilk iclası keçirilib.

Myanma ordusunun  informasiya orqanlarının yaydığı məlumatda Nazirlər Kabinetinin iclasının Baş qərargah Başçısı və Prezident Min Aung Hlainq, sədr əvəzi Myint Sve və fevralın 2-də vəzifədən çıxarılan nazirlərin yerinə təyun olunan kabinetin 9 üzvünün iştirakı ilə Dövlət Aparatı Sarayında keçirildiyi bildirilib.
İclasda qeyd edilib ki, Prezident Hlaing fövqəladə vəziyyət çərçivəsində bir il davam edəcək fəaliyyət planını nazirlərlə müzakirə edib.

Ölkə daxilində səyahət və turizmin davam etdirilməsi, məbədlərin və ibadət yerlərinin açılması, yeni növ koronavirus tədbirlərinə uyğun olaraq iqtisadiyyat sektorunun fəaliyyətini davam etdirməsi, iqtisadiyyatın canlandırılması və iş imkanlarının artırılması kimi məsələlərin də müzakirə olunduğu bildirilib.

Xəbəri paylaş

VİDEOLAR